Rusiyanın paytaxtı Moskvanın qərbində ov tüfəngi ilə 5 nəfəri yaralayan kişi daha sonra intihar edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin Moskva üzrə şöbəsi məlumat yayıb.
Məlumata görə, həmin şəxs 5 nəfəri yaralayandan sonra qonşuluqda yaşayan qadının mənzilində gizlənib və ev sahibini girov götürüb.
Silahlı şəxs daha sonra intihar edib və qadın girovluqdan sağ-salamat azad olunub.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə bölməsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, hazırda araşdırma aparılır: "Onun Moskvanın Krılatsk rayonunda polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs olduğu güman olunur”.
Faktla bağlı cinayət işi başlanıb.
Aktual.az
Xəbər 462 dəfə oxunub.