Moskvada İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının təqribən 20 tərəfdarı saxlanılıb.
AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti və polisin keçirdiyi birgə əməliyyat zamanı 20-yə yaxın şəxs saxlanılıb. Onların hamısı İŞİD ilə əlaqələrdə şübhəli bilinir.
Saxlanılanlar Moskvada İŞİD-ə yeni üzvlər cəlb etməklə məşğul olublar.