Moskva üçtərəfli bəyanatların icrasına əhəmiyyət verir - Zaxarova

Moskva üçtərəfli bəyanatların icrasına əhəmiyyət verir - Zaxarova

Rusiya tərəfi yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, Bakı və Yerevan arasında vətəndaş cəmiyyətləri xətti ilə təmasların möhkəmlənməsinə çox böyük əhəmiyyət verir.
 
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 
Diplomat qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının icrası üçün bütün səviyyələrdə tam həcmdə səy göstərir.
 
"Bu, Cənubi Qafqazda möhkəm sülhün formalaşması üçün şərtləri təmin edir və təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”, - deyə XİN rəsmisi vurğulayıb.


Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR