Moskva İrəvan və Bakı arasında danışıqlar APARIR

Moskva İrəvan və Bakı arasında danışıqlar APARIR

Moskva üçtərəfli sazişlərin həyata keçirilməsində Bakı və İrəvana kömək etməkdə davam edəcək.

Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti agentliyinə müsahibəsində bildirib.
 
"Rusiya üçtərəfli razılaşmaların həyata keçirilməsi üçün Bakı və İrəvana bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Müvafiq idarələr və sülhməramlıların komandanlığı vasitəsilə ən yüksək səviyyələrdə bütün müvafiq təmaslar müntəzəm xarakter daşıyır”.
 
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, Kremlin mətbuat xidməti vasitəsilə müvafiq açıqlama veriləcək.


Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR