“Moskva görüşündən də ciddi nəticələr gözləmirəm…” – Qüdrət Həsənquliyev

“Moskva görüşündən də ciddi nəticələr gözləmirəm…” – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibə verib.

Aktual.az müsahibəni təqdim edir:

Qüdrət bəy, Qarabağdakı seperatçı rejimin təmsilçiləri arasında baş verənlər və xarici işlər nazirlərinin gözlənilən Moskva görüşü barədə fikirlərinizi bilmək istərdik.

– Seperatçı rejim qürubunu yaşayır.İki qonşu xalq arasında qanlı savaş salmış rejim təmsilçiləri boğazlarındakı kəndirin hər keçən gün sıxıldığını anlayırlar. Cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi ,onlar da türkə nifrət ruhunda tərbiyə etdiklərindən də bəzilərini özləri ilə cəhənnəmə aparmaq istəyirlər. Köçəryan, Sarkisyan, Babayan, Araik və s. bu kimi müharibə canilərinin həbs edilərək azad edilmiş Xankəndidə ədalət mühakiməsi qarşısına çıxarılması vaxtı çatıb. Qarabağda hansı quldurun hansı vəzifəni tutması, kimin dalında kimin barmağının olması heç nəyi dəyişən deyil. Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməlidir və edəcək. Regionda baş verən geosiyasi dəyişikliklər Xankəndidə antiterror əməliyyatlarını qaçılmaz edir. Yalnız belə tədbirlərdən sonra Ermənistanla ədalətli sülh sazişi imzalamaq olar. Qarabağın azadlığından sonra qonşular, o cümlədən ermənipərəst Qərb dairələri bizimlə daha səmimi, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər quracaqlar. Hazırda Ermənistan və bölgədə marağı olan vasitəçilər hərəsi öz marağından Qarabağdakı mövcud status-kvonu qoruyub saxlamaq və bizə ümidlər verməklə danışıqları özləri üçün əlverişli şərait yaranana qədər uzatmağa çalışırlar. Amma nəzərə almırlar ki, Azərbaycan keçmişdən nəticə çıxarıb.Ona görə Moskva görüşündən də ciddi nəticələr gözləmirəm.

Türkiyədə prezident seçkilərinin ikinci turunda Sinan Oğanın kimi müdafiə edəcəyini proqnozlaşdırırsınız?

– Sinan Oğan bilir ki,Azərbaycanda ona hörmət edirlər və azərbaycanlıların da prezident seçkilərində rəğbəti kimədir. O, türk millətçisi kimi Türkiyəni parçalamaq istəyən ad dəyişmiş, maskalanmış PKK-çılarla bir yerdə ola bilməz. Əminəm, Sinan bəy fərqindədir ki, AKP parlament seçkilərini udub və dövlətçilik ənənələri olan türk xalqı prezident seçkilərində Kılıçdaroğluna səs verməklə ölkəni siyasi böhrana soxmaz. Bu baxımdan Ərdoğanın onun səsinə ciddi ehtiyacı yoxdur. Çünki Kılıçdaroğluna səs verənlərin çoxu ikinci turda Ərdoğana səs verəcək. Sinan Oğan MHP-nin keçmiş üzvü kimi onu da görür ki, MHP-nin Ərdoğanı dəstəkləməsinin nəticəsi olaraq nə MHP bir partiya olaraq, nə də Türkiyə dövləti heç nə itirməyib. O, düzgün qərarı ilə əsil türk millətçisi olduğunu və 5%-dən artıq səs toplamasının təsadüfi olmadığını sübut etməlidir.
Xəbər 1304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR