Azərbaycanın xarici aktivlərinin yüksək səviyyəsi neftin qiymətinin ucuzlaşmasının ölkə iqtisadiyyatına neqativ təsirinin yumşaldılması üçün gözəl buferdir.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Moody's Investors Service öz tədqiqat məruzəsində məlumat verib.
Məruzədə qeyd edilir ki, xarici və yerli valyutada dövlət istiqrazlarının reytinqi sabit proqnoz ilə Vaa3-ə bərabərdir.
Agentliyin fikrinə görə, neftin qiymətinin ucuzlaşması Azərbaycanın neft asılılıqlı iqtisadiyyatına yetərincə təsir edib. Bununla yanaşı, ölkənin 42 milyard dollardan ibarət neft ehtiyatları 2015-ci ilin ikinci rübünün sonunda neftin ucuz qiymətinə uyğunlaşmağa imkan verir, məruzədə deyilir.
“Yetərli valyuta ehtiyatları sayəsində hökumət neftin ucuz qiyməti, inkişafın səviyyəsinin və maliyyə gəlirlərinin aşağı olduğu zaman ərzində özünə daha geniş maliyyə çatışmazlığına icazə verə bilər”, - Moody's-in vitse-prezidentinin köməkçisi Sebastyan Beker bəyan edib.
“Bununla yanaşı, Azərbaycan öz neft-qaz sektorundan daha çox asılıdır, ona görə də o, neftin qiymətinin mümkün ucuzlaşması qarşısında müdafiəsiz qalır”, - o deyib.
“Ölkə qeyri-neft sektorunun inkişafı zamanı neft-qaz gəlirindən asılı qalacaq”.
Moody's qeyd edir ki, iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi müqabilində nüvə proqramını saxlamalı olduğu İran ilə nüvə enerjisinə dair razılaşması neftin qiymətinin ucuzlaşmasının Azərbaycana təsirini qismən azalda bilər.
Amma İranın neft bazarına qayıdışı nəticəsində neft təchizatının artması 2016-cı ildə neftin qiymətini ucuzlaşdıracaq, İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsi, Azərbaycana qonşu İran ilə əmtəə dövriyyəsini və investisiya yatırımının genişləndirilməsindən gəlir əldə etməyə imkan verəcək.