Monteneqro NATO-ya üzvlüyə dəvət aldı

Monteneqro NATO-ya üzvlüyə dəvət aldı
  • DÜNYA

Monteneqro baş nazirinin müavini, Xarici İşlər və Avropaya İnteqrasiya Naziri İqor Lukşiç NATO-nun baş katibi Yens Stoltenberqdən Alyansa üzvlük prosesinini başlaması ilə əlaqədar dəvət məktubu alıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun xarici işlər nazirliyi məlumat yayıb.
Nazirlikdə qeyd ediblər ki, bir neçə ay davam edəcək danışıqlar prosesindən sonra NATO-ya üzv dövlətlər rəsmi Podqoritsanın təşkilata daxil olmasına dair protokolu imzalayacaq. Beləliklə, Monteneqro NATO-nun bütün tədbirlərində iştirak hüququnu əldə edəcək.
Daha sonra isə üzv dövlətlər sözü gedən protokolu ratifikasiya etməlidir.

Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR