Monqolustanda qızılcaya yoluxanların sayı 13-ə yüksəlib.
Aktual.az xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyində qızılca ilə mübarizə üzrə yaradılmış qərargahdan bildirilib.
"30 avqust 2024-cü il tarixinə Monqolustanda qızılcaya daha 1 yoluxma halı aşkar edilib. Peyvənd olunmamış 5,8 min uşaq və tibb işçisi, eləcə də dövlət qurumlarının əməkdaşlarının peyvəndlənməsi davam edir”, - məlumatda deyilir.
Çingizxan Beynəlxalq Hava Limanında ölkəyə daxil olanlar arasında qızılca xəstəliyinin əlamətlərinin olub-olmaması ilə bağlı yoxlamalar davam edir.
Qızılca xəstəliyinin yayılmasının qarşısını almaq üçün yeni dərs ili başlamazdan əvvəl bütün uşaqlar peyvənd olunacaq.
Əvvəllər Səhiyyə Nazirliyi qızılcaya yoluxma hallarının bir gündə iki dəfə artdığı Rusiya ilə həmsərhəd olan Monqolustan vilayətinə (bölgəsinə) səyahəti məhdudlaşdırmağı tövsiyə etmişdi.
Xəbər 150 dəfə oxunub.