Masallı rayonunda qəbiristanlıqda mollalar dava edib.
Cebhe.info xəbər verir ki, mollaların əlbəyaxa davası “Yasin” oxumaq üstündə baş verib. Belə ki, bu gün rayon qəbiristanlığında iki molla "Yasin" oxumaq üstündə bir-birlərini döyüblər. Bu zaman kənarda dayanan digər molla onların davasını lentə alıb. Qeyd edək ki, dava əsnasında mollalar bir-birinin ünvanına etikadankənar ifadələr işlətdiyinə görə azyaşlıların baxması məqbul deyil.