Moldova hakimiyyətinə qarşı növbəti etiraz

Moldova hakimiyyətinə qarşı növbəti etiraz
  • DÜNYA

Moldovanın paytaxtı Kişinyovda bu gün hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçiriləcək.

Mitinq parlement binasının qarşısındaki meydanda təşkil olunacaq.

DA vətəndaş platforması ("Demnitate si adevar" - "Ləyaqət və ədalət") tərəfindən təşkil olunan aksiyada 50 min insanın iştirakı gözlənilir.

Etirazçıların hakimiyyətə qarşı irəli sürdükləri tələblər arasında prezidentin, hökumət və baş prokurorun istefası, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiya ilə mübarizə yer alır.

// Aktual.az

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR