Moldova bu əraziyə hücuma hazırlaşır - Rusiya

Moldova bu əraziyə hücuma hazırlaşır - Rusiya
  • DÜNYA

Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
"Yaxın günlərdə Moldova prezidenti enerji təhlükəsizliyi məsələləri ilə bağlı ölkə hökumətinin rəhbərliyi ilə görüş keçirib. Görüş Sandunun Dnestryanı üzərində nəzarətin yaradılması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb. Heç kim təminat verə bilməz ki, Moldova prezidenti həqiqətən də regionda əsl müharibəyə başlamağa cəhd etməyəcək”, - məlumatda qeyd olunub.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR