Moldova Azərbaycana yeni səfir təyin edəcək

Moldova Azərbaycana yeni səfir təyin edəcək

Moldova tezliklə Azərbaycana yeni səfir təyin edəcək.
 
Aktual.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəzifəyə Aleksandr Yesaulenko təyin oluna bilər.
 
Hazırda A.Yesaulenko Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiridir, daha əvvəl isə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb.
 
Parlamentin komissiyası onun namizədliyini təsdiqləyib.
 
Moldovanın "Diplomatik xidmət haqqında” Qanununa əsasən, səfir təyinatı ilə bağlı təkliflər xarici işlər və avropaya inteqrasiya naziri tərəfindən Parlamentin Xarici Siyasət və Avropaya İnteqrasiya Komissiyası ilə məsləhətləşdikdən sonra hökumətə təqdim edilir.


Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR