Günümüzdə mobil cihazlar üçün ən böyük dezavantajlardan biri batareya mövzusunda bir irəliləyişin olmamasıdır.
Aktual.az türk mediasına istinadən xəbər verir ki, İsraildən maraqlı bir proyekt xəbəri gəlib.
İsrailli bir magistr Naomi Kizhner mobil cihazlar üçün lazımlı olan enerjini insan bədəninin qan dövranından əldə etməyi planlaşdırır.
Bunun üçün ucunda kiçik təkərlər olan bir cihaz damar yoluna yerləşdirilir və qan axışı müddətində təkər dönərək enerji əldə edir. Bu cihazın uzun müddət boyunca bədənə batırılmış olaraq istifadə etmək lazımdır. Kizhner enerji qaynaqlarının gedərək tükəndiyi dünyada gələcəkdə mobil cihaz asılılığının bizə nələr etdirə biləcəyini müzakirəyə açmaq istədiyini ifadə edir.