Ağıllı telefonlar artıq hamiləlik, şəkər və zəhərlənmə kimi halları həmin an müəyyən edə biləcək. Ailə.lent.az-ın məlumatına görə, alimlər laboratoriyalarda istifadə olunan “səthi plazmon rezonansı” texnologiyasından telefonlarda istifadə edəcəklər. Bu texnologiyadan istifadə olunduqda hamiləlik, diabet və zəhərlənmə kimi halları ağıllı telefon müəyyən edə biləcək. Telefona taxılacaq xüsusi hissəcik qan, sidik, ağız qişası və tər kimi bədən mayelərini eynilə laboratoriyadakı kimi test edəcək. Gələcəkdə modulu GPS ilə birləşdiriləcək və lazım olduqda telefon şəxsi ən yaxın əczaxanaya, xəstəxanaya yönləndirəcək, təcili yardım çağıracaq, həkim xəstənin yanına gələnə qədər onun bədənində baş verən bütün dəyişiklikləri oxuyaraq hazırlıqlarını edəcək.
Optik Texnologiya Mərkəzinin elm adamları “Səthi Plazmon Rezonansı” ağıllı telefonlarda tətbiq etməyə başlayıblar. Ağıllı telefonların kamerası və flaş fiksiyasına bağlı və özünün optik sensorları olan prototip, telefona bağlı sistemlə işləyir və sensordan gələn məlumat həmin an ekranda görünür. Alimlər telefonların kamera və flaş işığından istifadə edərək yaratdıqları ilk nümunədə qliserini təyin edə bildilər. Bu texnologiya istifadəyə verildikdə hamiləlik, diabet və zəhərlənmə kimi müxtəlif hallar telefonla aşkarlanacaq.
Həkimlər nəticələri tədqiq edib diaqnoz qoya biləcəklər
Gələcəkdə istifadəçilər telefonlarına taxacaqları bu modul ilə özlərinə aid qan, ağız qişası və tər kimi mayeləri test edəcək, bunlara aid bütün məlumatları göstərəcək. Təhlükəli hallar olduqda nəticələri həmin an həkimə göndərmək mümkün olacaq. Həkim isə xəstəni canlı olaraq müayinə etmədən öncə diaqnoz qoya biləcək.
Bu telefonların bazara çıxarılması xeyli zaman alacaq. Ancaq gözləməyə dəyər. Çünki xəstə müayinə üçün gün almadan o telefon vasitəsilə öz testlərini edəcək və həkimə göndərib dərman yazdıra biləcək.