Bu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 302,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub.
Bu barədə Aktual.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin gəliləri real ifadədə 3,8% artıb.
Bu sahədə əldə edilmiş gəlirin 80,5%-i bazarda əsas paya malik olan üç şirkətin, 19,5%-i isə digər yerli şirkətlərin payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 52,2%-i və ya 680,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Aktual.az
Xəbər 338 dəfə oxunub.