2016-cı ilin may ayında elektron mətbuatda, sayt və portallarda mobil operatorlarla əlaqəli 1304 xəbər yerləşdirilib.
Aktual.az xəbər verir ki, bu barədə məlumat Media Təqib Mərkəzinin bir aylıq monitorinqinin hesabatında yer alıb. Məlumata görə, yerləşdirilən informasiyalardan 41-i mənfi, 68-i müsbət, 1195-i isə neytral xəbərlərdir.
Mənfi xəbərlər operatorlar arasında belə bölünüb: Bakcell (29 xəbər - vətəndaşlara hörmətsizlik), Nar Mobile (12 xəbər - özbaşınalıqlarından şikayət) .
Müsbət xəbərlər isə Azercell-ə məxsusdur: (68 xəbər - Azercell-in prezidenti ilin sirkət rəhbəri seçildi).
Xəbər sayına görə sıralama:
1. Bakcell 598 xəbər
2. Azercell 578 xəbər
3. Nar Mobile 126 xəbər
4. NaxTel 2 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 193 xəbər dərc edilib. Bu xəbərlərdən 189-u neytral, 4 xəbər isə müsbətdir .
Müsbət xəbərlər AzerCELL operatoruna məxsusdur: (4 xəbər - Azercell-in prezidenti ilin şirkət rəhbəri seçildi).
Xəbər sayına görə sıralama:
1. Azercell 103 xəbər
2. Bakcell 76 xəbər
3. Nar Mobile 14 xəbər
May ayında televiziya kanallarında mobil operatorlarla bağlı 15 xəbər göstərilib.
Xəbər sayına görə sıralama:
1. Azercell 12 xəbər
2. Nar Mobile 3 xəbər
Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.