MN: Düşmən qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görür

MN: Düşmən qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görür

“Ermənistan çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir”.

Qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir.

“Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər. Cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR