Rafael Huseynov və Fariz İsmayılzadə Milli Məclis sədrinin müavinləri, Əli Əhmədov isə MM sədrinin 1-ci müavini olacaq.
Aktual.az xəbər verir ki, onların namizədliyi dəstəklənib.
Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir. Fariz İsmayılzadə isə bitərəfləri təmsil edəcək.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Xəbər 91 dəfə oxunub.