Milli Məclisin bu gün keçirilən plenar iclasında İntizam və Hesablayıcı komissiyaların yeni tərkibi təsdiq olunub.
Aktual.az Trend-ə istinadən bildirir ki, İntizam Komissiyasının yeni tərkibinə deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxil olub.
Hesablayıcı Komissiyasının tərkibinə isə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilib.