Bakıda idarələrdən birində ölüm hadisəsi baş verib.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, dünən saat 17-00 radələrində Zərifə Əliyeva küçəsi, 29 ünvanında yerləşən 5 saylı Mənzil Kommunal İstismar Sahəsində pasportçu işləyən 1950-ci il təvəllüdlü Həsənova Zinyət Seyfulla qızı iş yerində vəfat edib.
İlkin olaraq bildirilib ki, Z.Həsənova şəkər xəstəsi olub.
Araşdırma aparılır.