"Türkiyə İŞİD terror təşkilatına qarşı mübarizədə Rusiyanın hərbi əməliyyatlarına qoşulmayacaq".
Bunu Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl Ankaradakı terror aktından sonra Türkiyənin İŞİD-ə qarşı mübarizədə Rusiya və İrana qoşulma imkanını şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə bunu etməyəcək, çünki Rusiya islamçı silahlılara qarşı deyil, Bəşşar Əsədi qorumaq üçün vuruşur.
Qeyd edək ki, oktyabrın 10-da Ankarada baş vermiş terror aktı zamanı 95 nəfər ölüb, 240-dan çox şəxs isə yaralanıb.
İlkin məlumata görə, terror aktının arxasında İŞİD terror təşkilatı dayanır.\trend
Aktual.az