Mişustinin müavini Bakıya gəldi

Mişustinin müavini Bakıya gəldi

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Azərbaycana səfər edib.
 
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
 
Bildirilir ki, baş nazirin müavini Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Rusiya-Azərbaycan-İran işçi qrupunun iclasında iştirak etmək üçün Bakıya gəlib. 
 
"Bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın bütün sahələrinə toxunulacaq. Ümid edirəm ki, bütün bunlar həyata keçiriləcək. Növbəti regionlararası forumun Bakıda keçirilməsi planlaşdırılır", - Zaxarova bildirib.


Xəbər 357 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR