Rusiyanın "Life News" agentliyi Misirdə qəzaya uğramış "Koqolımavia" şirkətinə məxsus təyyarənin göyərtəsində olan sərnişinlərin siyahısını əldə edib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, siyahıda 210 nəfərin adı yer alıb. Onlar arasında azərbaycanlı soyadı yoxdur.
Hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyində "qaynar xətt" yaradılıb.
Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.
Qəza nəticəsində onların hamısının öldüyü bildirilir.
Qeyd edək ki, Rusiyanın "Koqalımavia" şirkətinə məxsus "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarə Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçurmuş.