Ötən gün Nil çayında batan gəmidə ölənlərin sayı 15-ə çatıb.
Aktual.az-ın verdiyi xəbərə görə, bu barədə Misir Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, çayda batan gəmidə 15 nəfər boğulub, 6 nəfər isə xilas edilib.
Xəstəxanadakı mənbələrin verdiyi məlumatda isə qəzada 22 nəfərin öldüyü, 5 nəfərin yaralandığı və 10 nəfərin itkin düşdüyü iddia edilir.
Səhiyyə Nazirliyinin rəsmisi Hüsam Abdulqafar deyib ki, gəminin batdığı ərazidə axtarış-xilasetmə işləri davam edir.