Misir təyyarəsində qəzadan öncə tüstülənmə olub

Misir təyyarəsində qəzadan öncə tüstülənmə olub

Xəbər verdiyimiz kimi, mayın 19-da Misir hava yollarına məxsus təyyarə Aralıq dənizinə düşüb.

Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, "EgyptAir" təyyarəsinin göyərtəsində qəzadan bir neçə dəqiqə öncə tüstülənmə olub. Bu barədə "CNN" telekanalı mövcud uçuş məlumatlarına istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, bu informasiyanın mənbəyi monitor şəklidir. Bununla bağlı detallar "ACARS" ünvanlı-hesablı rabitə sistemindən kanala daxil olub.

Xatırladaq ki, Paris-Qahirə reysini həyata keçirən sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub. Sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşlarının olduğu bildirilir. Misir Aviasiya Nazirliyindən bildirilib ki, təyyarə böyük ehtimalla hissələrə bölünüb.

Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR