Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişellə Kanada xarici işlər naziri Melani Joli arasında görüş baş tutub.
Aktual.az xəbər verir ki, bu barədə Melani Joli özünün X səhifəsində məlumat verib.
"Balkanlarda genişlənmə, Qarabağ "münaqişəsi” (Qarabağda münaqişənin artıq keçmişdə qaldığını Kanada XİN bilmək istəmir – red.) və Haiti böhranının həlli yolları haqqında danışdıq”, - Joli bildirib.
Görüş Sloveaniyanın Bled şəhərində keçirilən Strateji forum çərçivəsində baş tutub.
Xəbər 485 dəfə oxunub.