Mişel də "etnik təmizləmə" sözünü işlətmədi

Mişel də

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini "etnik təmizləmə cəhdi" kimi qələmə verməkdən çəkinib.
Aktual.az xəbər verir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan AB lideri deyib ki, sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək.
O bildirib ki, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunmasında Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də AB bu ölkəyə humanitar yardım çatdırmalıdır.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət Departamenti də "etnik təmizləmə" sözünün istifadəsindən imtina etmişdi.
Xəbər 507 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR