Mişanın hakimiyyət dövrü araşdırılır: yeni cəzalar olacaq

Mişanın hakimiyyət dövrü araşdırılır: yeni cəzalar olacaq
  • DÜNYA

Tiflis parlamentdə sistem pozuntularını öyrənmək və keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyətini qiymətləndirmək üçün istintaq komissiyası yaradacaq.
Aktual.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
"Sistem pozuntularının araşdırılması və rejimin qiymətləndirilməsi məqsədilə Gürcüstan parlamentində yaz sessiyasının ilk həftəsində 2003-2012-ci illərdə qüvvədə olan rejimin və siyasi vəzifəli şəxslərin fəaliyyətinin öyrənilməsi üzrə müvəqqəti istintaq komissiyası yaradılacaq. Komissiya 6 ay işləyəcək, hesabat hazırlayacaq və Gürcüstan parlamenti sentyabrda parlamentin iclasının ilk həftəsinə kimi həmin hesabata baxıb təsdiq edəcək”, - o bildirib.
O əlavə edib ki, təsdiq edilmiş hesabat Gürcüstan qanunvericiliyinə uyğun olaraq sonrakı tədbirlərin görülməsi və günahkarların cəzalandırılması məqsədilə Gürcüstan Prokurorluğuna və digər aidiyyəti qurumlara göndəriləcək.
Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR