Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini Valeri Semerikovla telefon əlaqəsi saxlayıb.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat xidməti məlumat yayıb.
Nazir Mirzoyan sentyabrın 13-ü gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət barədə həmsöhbətinə məlumat verib.
Telefon danışığı zamanı KTMT-nin mövcud mexanizmlərinin həyata keçirilməsi yolları müzakirə edilib.
Xəbər 343 dəfə oxunub.