Mirzoyan Brüsselə gedir

Mirzoyan Brüsselə gedir
  • DÜNYA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sabah iki günlük səfərlə Brüsselə yola düşəcək.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, dekabrın 2-də Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.
Müzakirələrdən sonra Ermənistan xarici işlər naziri, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos birgə mətbuat konfransı keçirəcəklər.
Dekabrın 3-də nazir Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci sammitində çıxış edəcək.


Xəbər 50 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR