İctimai Televiziyada yayımlanan "Aktual mövzu" verilişində Türkiyədə baş verən son hadisələr və ANS televiziyasının bağlanması müzakirə olunub.
Aktual.az-ın məlumatına görə, tanınmış telejurnalist Anar Yusifoğlunun moderatorluğu ilə baş tutan verilişdə qonaq olan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ANS-in bağlanması haqda danışıb və deyib ki, televiziya terrorçuların təbliği ilə məşğul olub: "Türkiyədə çevrilişə cəhd olduğu ilk dəqiqələrdən etibarən ANS TV canlı yayıma qatıldı və Bakı vaxtilə saat 00.05-də onlar elan etdilər ki, Türkiyə prezidenti istefa verib və girov götürülüb. Gecə saat 03.00-dan etibarən isə Mirşahin özü canlı yayıma qatıldı və Erdoğanı sərt tənqid etdi, hətta dedi ki, "mən Erdoğanın yerinə olsaydım, istefa verərdim". Bir sözlə, ANS terrorçuların təbliğini apardı və ANS-in reportajlarını sosial şəbəkələrdə yayan "nurçular" qələbəni bayram edirdilər. Bu bir televiziya üçün utancverici haldır".
Qafar Cəbiyev həmçinin qeyd edib ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevin üzr istəməsi günahından da betərdi: Mən Mirşahinin açıqlamasını oxudum, o xalqdan üzr istəyir. Ancaq Mirşahin canlı yayımda dediyi sözləri unudur, telekanalın bağlanması Fətullah Gülənin anonsunun efirə verilməsiylə yanaşı həm də onun hadisə günü canlı yayımda dediyi sözlərə görədir. Hadisədən bir neçə gün sonra üzr istəməyə nə var ki? O gördü ki, Türkiyədə çevriliş cəhdi baş tutmadı, günahkarlar həbs olundu, vəziyyət düzəldi və durub üzr istədi. El arasında bir söz var ki, üzrü günahından betər. Mirşahinin də üzrü günahından da betər oldu" Mirşahin müəllim və ANS rəhbərliyi bilmir ki, Fətullah Gülən kimdir?
Həmin görüntüləri təqdim edirik: