Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev xəstəxanaya aparılıb.
Aktual.az femida.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Mirşahin Ağayev işdə özünü pis hiss edib və o ürək tutması şikayəti ilə təcili xəstəxanaya aparılıb.
Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Mirşahin Ağayevin xəstəxanaya aparılması ilə bağlı yayılan məlumatları AzNews.az-a təsdiqləyib. O, vitse-prezidentin səhhətinin hazırda yaxşı olduğunu deyib.