Miri Yusifə qarşı şok ittiham - “Mahnıların əsl müəllifi...”

Miri Yusifə qarşı şok ittiham -   “Mahnıların əsl müəllifi...”

Türk müğənni Funda Ararla Miri Yusifin arasında yaşanan qalmaqalda adı hallanan, “Bağışla”mahnısının müəllifi olduğunu bildirən MC Murad açıqlama yayıb. 

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, MC Murad  “Youtube” kanalında yerləşdirdiyi video-çarxda yaşanan qalmaqala münasibət bildirib. O qeyd edib ki, Miri Yusif onun mahnılarını öz adına çıxaraq tamaşaçıları aldadıb:

“Mən Azərbaycanda deyiləm, iş üçün Türkiyəyə getmişəm. Bu video bir çoxlarını təəccübləndirəcək və şoka salacaq. Miri Yusif sosial şəbəkələrdə Funda Ararla bağlı xəbər dərc edbi. Bu addım mənim üçün son hədd oldu. Miri Yusif tamaşaçılara bir çox yalanlar deyib. Miri Yusif solo karyeraya başlayandan sizə sevdirən mahnılarının müəllifi mənəm. “Etiraf” “Sən mənimsən”, “Mən heç kiməm”, “Söylə”, “Bağışla” və bir çox mahnıların müəllifi mənəm. Miri Yusif mənim yaradıcılığımı mənimsəyib. Hazırda üzümü Miri Yusifə tutub tələb edirəm, mahnıların müəllifidirsə, çıxıb bunu xalqın qarşısında tələb etsin. Yazdığım hər şeiri, mahnını, notu insanların qarşısında sübut etməyə hazıram”.

 
Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR