Apteklərdə satılan, daha çox körpə uşaqlar üçün istifadə edilən tibbi nanə yağı artrit və əzələ ağrıları ilə yanaşı miqren şikayətlərini də azaldır.
Həkimlər nanə yağının həm də həzmsizlik, mədə krampları və qaz şikayətlərinin getməsində faydalı olduğunu deyir.
Yeməklərdə istifadə edilən nanə ilə şəfa keyfiyyəti olan nanə arasında ləzzət və təsir baxımından da mühüm fərqlər var. Tibbi nanənin faydaları böyük miqdarda uçucu yağının tərkibində olan mentol və üzvü birləşmələrlə bağlıdır. Buna görə nanə çayı hazırlanarkən birləşmələrin uçub itməsinə yol aça biləcək çox isti su əlavə etmək və ya çay suyunu qaynatmaq olmaz.
Nanə çayı mədənin üst tərəfindəki yemək borusundakı əzələləri gəvşədərək mədədəki qazın çıxmasına kömək edir. Reflüksü olanlara isə nanə çayı içmək tövsiyə edilmir.
Tibbi nanə çayının öd kisəsindəki şikayətlərin azalmasında, öd daşlarının əridilməsində yardımçı olduğu deyilsə də, öd daşı olanlarda daşın kanalı tıxaması hallarında diqqətli olmaq tövsiyə edilir.
Aktual.az Aile.lent.az-a istinadən nanə yağının digər faydalarını təqdim edir.
Miqren ağrılarını azaldır
Nanə yağı bağırsağın düz əzələlərinin dartılmasını yüngülləşdirməklə bağırsaq sindromunda faydalı olur.
Daha effektli olması üçün kapsullar şəklində qəbulu məsləhətdir.
Nanə yağının krem şəklində ağrıyan yerə sürtülməsi artrit və digər əzələ, sümük problemlərində ağrının yüngülləşməsinə yararlı olur. Bundan başqa lokal olaraq qan axınını sürətləndirərək ağrı hissini dağıdır.
Nanə yağının qoxulanmasI da miqren tipli, təzyiqlə bağlı baş ağrılarının sakitləşməsinə yardım edir. Nəticədə ağrıkəsicilərə ehtiyacınız olmur.
Nanə yağını qoxulamaqla yanaşı gicgahların nanə yağı ilə masaj edilməsi də çox faydalı olur.
Hamiləlik zamanı ürəkbulanmalar varsa, nanə yağı qoxulanır.
Çox və tez-tez istifadə etməyin.