İtaliyanın Hərbi Dəniz Qüvvələri cümə günü Aralıq dənizində növbəti gəmi qəzası nəticəsində ölən 45 miqrantın meyitini aşkar edib.
Aktual.az report-a istinadən bildirir ki, qəza zamanı onlarla insan itkin düşüb.
"Vega" gəmisi batmaqda olan qayıqdan 135 miqrantı xilas edib. 45 meyit aşkar edilib, axtarışlar davam edir", - deyə İtaliya HDQ-nin "twitter" mikrobloqunda qeyd olunub.
Bu, son üç gün ərzində üçüncü gəmi qəzası olub.