Miqrantlara qarşı etiraz aksiyası keçirilib

Miqrantlara qarşı etiraz aksiyası keçirilib
  • DÜNYA

Niderlandın Hes şəhərində miqrant mərkəzinin inşa edilməsinə qarşı etiraz aksiyası keçirilib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aksiya şəhər bələdiyyəsinin iclası ilə eyni vaxtda başlayıb.

Nümayişçilər əvvəl müxtəlif şüarlar səsləndirib, sonra isə iclas keçirilən binaya yumurta və fişənglər atıblar. Hadisə yerinə cəlb edilən polis nümayişçiləri dağıdıb, bələdiyyə əməkdaşları binadan təxliyə edilib. Saxlanılanlar barədə məlumat verilmir.

Şəhər rəhbərliyi Hesdə miqrantların qəbulu üçün 500 nəfərlik mərkəz tikmək niyyətindədir. Etirazçılar bunun çox olduğunu hesab edir. Qeyd edək ki, şəhərdə 28 min nəfər əhali yaşayır.

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR