“Artıq ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik”.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.