ABŞ Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyunca atəşkəs rejiminin pozulması barədə iddiaların yoxlanılması üçün ATƏT-in araşdırma mexanizminin tətbiqi məsələsini tam dəstəkləyir.
Bunu Ermənistan mətbuatına ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O bildirib: "Biz Ermənistanı Azərbaycanın Minsk qrupunun himayəsi altında danışıqlara çağırışına diqqət yetirməyə dəvət edirik ki, bu da sülh yolu ilə uzunmüddətli nizamlanmanın əldə edilməsinə xidmət edə bilər".\trend
Aktual.az