Minsk qrupu cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı

Minsk qrupu cəbhə xəttində baş verənlərlə bağlı bəyanat yaydı

ATƏT-in Minsk qrupu həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov(Rusiya) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yayıblar.

Aktual.az-ın APA-ya istinadən  məlumatına görə, həmsədrlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulması ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: "Biz gücdən istifadəni sərt şəkildə pisləyirik və mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənirik".

Həmsədrlər tərəfləri atəşi dayandırmağa və ərazidə vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.

"Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur", - deyə bəyanatda bildirilir.

Xəbər 710 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR