Minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaratdı - VİDEO

Minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaratdı - VİDEO

"BakuBus” MMC-yə məxsus daha bir avtobusun yolunda təhlükəli vəziyyət qeydə alınıb.

Şirkətdən xezerxeber.az-a verilən məlumata görə, 1 nömrəli marşrut xətti üzrə "28 May” metrostansiyasının qarşısından "Neftçilər” metrostansiyası istiqamətində hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusun yoluna qəflətən minik avtomobili çıxıb. Yol-hərəkət qaydalarını kobud şəkildə pozan minik avtomobilinin sürücüsü avtobus üçün qəza şəraiti yaradıb. Bu zaman avtobusun sürücüsü baş verə biləcək qəzanın qarşısını almaq üçün əyləcdən istifadə edib. Nəticədə avtobusun sərnişini Nataliya Vladimirovna yıxılıb.

Hadisə avtobusun təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

N.Vladimirovna "BakuBus” MMC-yə etdiyi müraciəti nəzərə alınaraq, avtobusda yıxılmasının səbəbləri barədə məlumatlandırılıb.

 

"BakuBus” MMC bir daha bütün sürücüləri yol-hərəkət qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağa və qəza şəraiti yaratmamağa çağırır.

1 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun yolunda yaranan qəza şəraiti ilə bağlı görüntünü təqdim edirik:

Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR