VERONİKA ALUDA
Belə görünür ki, ölkəmizdə yalnız ailələrində, və ya rəhbəri olduğu qurumlarda qadınların nə geyindiklərinə, onların geyimlərinə nəzarət edə bilənləri əsl kişi sayırlar.
Lakin daha dərindən düşünəndə məlum olur ki, belə hallar əslində qadın hüquqlarının kobud şəkildə pozulması faktı ilə uyğunlaşır.
Azərbaycan cəmiyyətində qadınlar öz geyimlərinə görə işlərindən azad olunur, hətta keçirdiyi dərin psixoloji sarsıntının nəticəsində ölümü belə üstün tuturlar.
Tanınmış jurnalist Fatimə İbrahimovanın çalışdığı media orqanından ayrılması faktı sübut edir ki, bu sahədə Azərbaycanda mövcud durumu nə yerdədir. Belə görünür ki, dindar əməkdaşlara və qurumda dini mühitə xüsusi üstünlük verilən media qurumunda “açıq-saçıq” foto çəkdirən əməkdaşın olması, üstəlik də redaktor vəzifəsində çalışması qəbul edilə bilmədi.
İTV-də yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanova açıq-saçıq geyiminə görə televiziya rəhbərliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılması da bu qəbidən olan faktlardandır.
Bəzi hallarda hətta hicab geyinən qadınlara da münasibət birmənalı olmur. ANS tv-nin məşhur aparıcısı Elnarə Təhməzovanın dediyi fikirlər mediyanı məşğul etdi.Elnarə Təhməzovanın hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları “bayquş”a bənzətməsi son nəticədə onun çalışdığı teleknaldan ayrılmasına səbəb olmuşdu. Üstəlik, o, qara çadra geyinənlərin neqativ enerji yaydığını bildirib.
Lakin baxsaq görərik ki, problem təkcə bizim ölkədə deyil. Əlcəzairdə başlanmış kampaniya bu baxımdan diqqəti cəlb edir. Belə ki, həmin ölkədə Facebook-da “Kişi ol, qadınlarını açıq-saçıq paltarlar geyinməyə qoyma” səhifəsi minlərlə “like” toplayıb. Lakin bu kampaniya qadın hüquqlarına daha mütərəqqi baxışları ilə tanınan qonşu dünyəvi Tunisdə güclü əks-kampaniyaya səbəb olub. Tunis kampaniyaçısı Rəşid ben Osman Əlcəzair qadınları ilə həmrəylik üçün “beynəlxalq mini yubka gününün” keçirilməsinıə çağırıb.
Rəşid bəy Osman Facebook səhifəsində bunları yazıb: “Biz islamçıların üstün gəlmələrinə yol verməməliyik”
Ümid edirik ki, bizim cəmiyyət də Rəşid bəy Osman kimi düşünənlərin sayı çoxalardı.//Femida.az//
Aktual.az