Aktual.az xəbər verir ki, 9 aprel tarixində Mingəçevir şəhərində "Möhtəşəm 100 Gün” kampaniyasının bağlanış mərasimi olub. Minlərlə şəhər sakinin qatıldığı tədbirdə demək olar ki, hər kəs hədiyyə ilə ayrıldı. Bu tədbir həm də Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğısının ən bariz nümunəsidir. Ölkədə yaradılan münbit şəraitə görə sağlam sahibkarlar da öz növbələrində bu formada təşəkkür yolunu seçirlər. Nəticədə isə minlərlə insan qiymətli hədiyyə qazanır, sevincli anlar yaşayır.
"5+ Supermarketlər şəbəkəsi”açıldığı gündən "Adımız xidmətimizdir”devizi altında müştərilərə xidmət göstərir. Mingəçevirlilərin və şəhər qonaqlarının rəğbətini qazanmış "5+ Supermarketlər şəbəkəsi” dəyərli müştəriləri üçün bol uduşlu "Möhtəşəm 100 Gün” Kompaniyasını həyata keçirdi. Mingəçevirde ilk dəfə həyata keçirilən bu kompaniyanın bitməsi ilə bağlı tədbir 9 aprel 2017-ci ildə baş tutdu. Tədbirdə böyük müştəri kütləsi böyük ruh yüksəkliyi ilə iştirak etdi.
Tədbirin açılışında Aprel döyüşlərində həlak olan və cəmi şəhidlərimiz bir dəqiqəlik anıldı və onların ailələrinə hədiyyələr təqdim olundu.
Bu tədbir onlarla ailəyə sevinc bəxş etdi. Sonda kompaniyamızın ən dəyərli hədiyyəsi olan "VESTA” markalı avtomobili Yevlax sakini Hacıyev Vüqara təqdim olundu.