Mingəçevir şəhəri ərazisində zəlzələ baş verib.
Bu barədə Aktual.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 13:53:41-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarında qeydə alınıb.
Maqnitudası 3.2, dərinliyi isə 23 km olan zəlzələ hiss olunmayıb.
Aktual.az Xəbər 344 dəfə oxunub.