Mingəçevirdə silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağdam rayon sakini Şakir Əhmədov münaqişə zəminində odlu silahdan açdığı atəşlə həmyerlisi Bəxtiyar Rəhimova xəsarət yetirib və hadisə yerini tərk edib. Yaralanan B.Rəhimov hadisə yerində ölüb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.