Mingəçevirdə keçmiş məhkum polis əməkdaşına bıçaqla xəsarət yetirib.
Bu barədə
Aktual.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 2-də saat 19 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib.
Onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk ediblər.
R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Xəbər 444 dəfə oxunub.