Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə mənzildən 52 yaşlı kişinin meyiti tapılıb

 Mingəçevir şəhərində mənzildən 52 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 7, mənzil 50 ünvanında qeydə alınıb.
Belə ki, həmin mənzildə tək yaşayan 1966-cı il təvəllüdlü Elşən Zülfiqar oğlu Əhmədovdan üç gündür xəbər alına bilməyib, hətta telefonuna da zəng çatmayıb. Bundan sonra qonşular Fövqəladə Hallar Nazirliyivə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar qapının kilidini sındıraraq mənzilə daxil olduqları zaman ev sahibini ölü vəziyyətdə aşkar ediblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
 
Aktual.az
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR