Mingəçevir şəhərində kütləvi dava olub.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində qeydə alınıb.
Belə ki, həmin massivin sakini, 1995-ci il təvəllüdlü Elman Əkbər oğlu Quliyev mübahisə zəminində eyni vaxtda üç nəfər tərəfindən döyülüb. Nəticədə onun su arxına yıxıldığı və müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralının xəstəxanaya çatdırıldığı bildirilib.
Eyni zamanda hadisə yerinə gələn zərərçəkənin anasının da təhqir olunaraq kobudluğa məruz qaldığı vurğulanır.
E.Quliyevin məcburi köçkün olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 396 dəfə oxunub.