Ötən gün Mingəçevir Şəhər Polis Rəisinin əməlləri ilə bağlı yazını təqdim etmişdik.
Aktual.az xəbər verir ki,yazıda qeyd olunurdu ki, son bir neçə ayda 7News.azredaksiyasına Mingəçevirlə bağlı ardı-arası kəsilməyən məlumatlar daxil olur. Məlumatların böyük əksəriyyəti şəhərdə yaradılan və ölkə qanunvericiliyə aid olmayan məqamlarla bağlıdır. Sənaye şəhəri olan Mingəçevir keçid dövrünü olduqca ağır keçirir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü, diqqəti və qayğısı nəticəsində şəhərdə yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı ciddi işlər gedir. Məqsəd həm də yeni iş yerlərinin açılması, əhalinin məşğuliyyətinin təmin edilməsi ilə bağlıdır. Əhalinin işsiz qalan hissəsi demək olar ki, orta və xırda sahibkarlıqla məşğul olurlar. Rəisin şəhərdə müəyyənləşdirdiyi və şəxsən özü "yazdığı qanunlar” isə sahibkarlığı nəinki boğur, həm də tamamilə məhv etmiş olur. Onlarla sahibkar iş saatına, işçisinin cinsinə görə rəisə "aylıq haqq” verir. Aylıq haqqın məbləği isə demək olar ki, fantastikdir. Verə bilməyənlər isə polis səlahiyyətlərinə aid olmayan formada şöbəyə gətirilir. Mingəçevir Rayon Polis İdarəsinin rəisi, polkovnik Cavid Muradovşəxsən müavininə (red. Mehman) bu işi tapşıraraq qrup halında özləri cinayət törədirlər.
Mingəçevir əhalisi Ramil Usubovdan imdad diləyir!
BELƏ BİR HƏSSAS DÖNƏMDƏ PREZİDENTİN TAPŞIRIQLARININ ƏKSİNƏ GETMƏK, SAHİBKARLARA QARŞI AMANSIZ DAVRANMAQ, SIRAVİ VƏTƏNDAŞLARI ÖLKƏ RƏHBƏRLİYİNƏ QARŞI QALDIRMAQ BİRMƏNALI ŞƏKİLDƏ MİLLİ MARAQLARA XƏYANƏT KİMİ QİYMƏTLƏNDİRİLMƏLİDİR.
Redaksiyamıza daxil olan digər bir yazıda isə hər kəsi ciddi şəkildə təəccübləndirəcək məqamlara toxunulub. Belə ki, Mingəçevir Şəhər Polis İdarəsinin rəisi, polkovnik Cavid Muradovunşəxsi göstərişinə əsasən bir sıra müəssisələrdə, restoranlarda, çay evlərində, marketlərdə 45 yaşına qədər olan qadınlar işləyə bilməz. Bu kimi obyekt sahibləri rəisin dediklərinə riayət etmədikləri təqdirdə rəis müavini (red. Mehman) həmin obyektin sahiblərinə qarşı "kriminal avtoritet” kimi davranmağa başlayır. Müraciətdə deyilir ki, 45 yaşına qədər qadın işçi götürmək istəyən obyekt sahibləri bununçün rəisə kifayət qədər ciddi "haqq” verməlidirlər. Sahibkarlar qeyd edirlər ki, rəis onların qarşısında iki yol qoyub: YA QADINLAR İŞLƏMƏMƏLİ, YA DA AYLIQ HAQQ ÖDƏNMƏLİDİR. Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq. Eyni zamanda Daxili İşlər Nazirliyinə də bu barədə tərəfimizdən sorğu göndəriləcəkdir.
İstənilən halda ölkə rəhbərliyinin işsizliklə bağlı atdığı addımlara qarşı çıxan istənilən məmura qarşı ciddi şəkildə mübarizə aparacağıq.