Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Ərəş küçəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Rəsulzadə Vüsal Yaşar oğlunaməlum şəraitdə bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.
Xəbər 460 dəfə oxunub.