26 yaşlı oğlan Qarabağ kanalında boğulub.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə 1989-cu il təvəllüdlü Həsənov Elvin Elçin oğlunun Mingəçevir şəhəri, Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batması haqqında məlumat daxil olub.
E. Həsənovun cəsədi batdığı yerdən 600 metr aralıda, "Aran" dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.